Hakimi vurduğu üçün həbs olunan "Ankaragücü" klubunun sabiq prezidenti Faruk Koca ilə bağlı yeni məlumat var.
Sportal.az xəbər verir ki, vəkilləri onun azadlığa buraxılması üçün vəsadət verib. Məhkəmə bu tələbi qəbul edib və sabiq klub rəhbərini ev dustaqlığına buraxıb.
O, məhkəmə prosesi bitənə kimi azadlıqda qalacaq. İlk məhkəmə prosesi 2024-cü ilin 9 yanvar tarixində baş tutacaq.
Qeyd edək ki. Faruk Koca Super Liqanın "Ankaragücü" - "Rizespor" matçından sonra meydana daxil olaraq baş hakim Halil Umut Meleri yumruqla vurub.
saytlarin hazirlanmasi