Renat Dadaşovun baş məşqçisi istefa verib?

18:40 - 28 Dekabr 2023

Türkiyənin "Hatayspor" klubunun baş məşqçisi Volkan Demirelin istefa verdiyi ilə bağlı xəbərlər var idi.

Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis bununla bağlı açıqlama verib. O, Super Liqanın Super Liqanın 17-ci turunun "Beşiktaş"la matçından sonra istefa barədə düşündüyünü bildirib.

"Uğurlu olmaq istəyirəm. Asan dövrlər deyil. Zəlzələdən sonra beynim çox yoruldu. Yata bilmədiyim gecələr oldu. "Beşiktaş"la matçdan sonra istefa verməyin həm mənim üçün, həm də "Hatayspor" üçün doğru olacağını düşünmüşdüm. Yayda 18 futbolçu gətirmişəm. Onlar mənə inanaraq bura gəliblər. Özümü onların yerinə qoydum. Düşündüm ki, mənə inanan insanları yarıyolda qoyub gedə bilmərəm".

Qeyd edək ki, "Hatayspor"da Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov çıxış edir. Komanda Super Liqada 17 turdan sonra 19 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbər xətti