Təxirə salınan “Qalatasaray” – “Fənərbaxça” matçından sonra Türkiyədə bir nəfər həbs olunub.
Sportal.az xəbər verir ki, həmin şəxs sosial şəbəkələrdə etdiyi paylaşımlarına görə saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya öz tvitter hesabında məlumat yayıb:
“Qalatasaray” – “Fənərbaxça” Super Kubok matçının təxirə salınmasından sonra sosial şəbəkələrdə dini və mənəvi dəyərlərimizi təhqir etməyə çalışan təhqir və provakasiya məzmunlu paylaşım edən Ö.B.Ç. adlı saxlanılmışdır”.
Qeyd edək ki. ötən gün Səudiyyə Ərəbistanında keçirilməli olan “Qalatasaray” – “Fənərbaxça” görüşü təxirə salınıb. Buna səbəb stadionda Mustafa kamal Atatürkün pankartları, üzərində onun şəkilləri olan köynəklərdən istifadə olunması və Türkiyə himinin səslənməsi qadağan edilməsi olub.
saytlarin hazirlanmasi