Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Sivasspor" Servet Çetinlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Servet Çetin mövsümün əvvəlində "Sivasspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda Super Liqada 17 turdan sonra 21 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi