Hakim Ziyeşin "Qalatasaray" karyerası qısa çəkəcək.
Sportal.az xəbər verir ki, mərakeşli vinger komandadan ayrılmaq istəyir. Bu barədə onun meneceri Corc Qardi açıqlama verib.
Agenti artıq Ziyeş üçün yeni klub axtarır. 30 yaşlı ön xətt oyunçusunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, "Qalatasaray" Hakim Ziyeşi ötən ilin avqust ayında "Çelsi"dən icarəyə götürüb. Mərakeş millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi