Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Semih Kılıçsoyun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı hücumçu 2028-ci ilin yayına kimi "qara qartallar"a məxsus olacaq.
Qeyd edək ki, Semih Kılıçsoy "Beşiktaş"ın yetirməsidir. Gənc forvard cari mövsümdə komandanın heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi