"Mançester Siti"nin futbolçusunun karyerasında ilk yaşandı

14:17 - 4 Aprel 2024

“Mançester Siti”nin ingilis yarımmüdafiəçisi Filip Foden karyerasında ilk dəfə bir mövsümdə bütün yarışlarda ən azı 20 qol vurub.

Sportal.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 31-ci turunun “Mançester Siti” - “Aston Villa” (4:1) görüşündə ev sahiblərinin üç qoluna məhz ingilis futbolçu imza atıb.

Foden indiyə qədər bu cür göstəriciyə imza ata bilməmişdi.

2017-ci ildən “Mançester Siti”nin əsas komandasında forma geyinən Fil hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.
 

Xəbər xətti