"Qalatasaray" Kaan Ayhanı komandada saxlamaq qərarına gəlib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi futbolçusu ilə müqavilə müddətini artırıb.
Türkiyə çempionu Kaanın müqavilə müddətini daha bir il artırıb. O, 2026-cı il iyunun 30-na qədər bu komandaya məxsus idi.
Əlavə edək ki, Ayhan 2023-cü ildə "Sassuolo"dan "Qalatasaray"a keçib. Türkiyə millisinin üzvü karyerası ərzində "Şalke", "Ayntraxt"(Frankfurt), "Fortuna" klublarında oynayıb.
saytlarin hazirlanmasi