Braziliya millisinin hücumçusu sabiq klubuna qayıda bilər

17:50 - 4 May 2025

"Tottenhem"in hücumçusu Rişarlison Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, sabiq klubu "Everton" braziliyalı forvardı transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Tottenhem" Rişarlisonu satmağa isti yanaşır. Lakin onlar 27 yaşlı futbolçu üçün 40 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Tottenhem" Rişarlisonu 2022-ci ilin yayında "Everton"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti