İtaliya A Seriyasında 35-ci turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, "İnter" doğma meydanda "Verona"nı qəbul edib. Qarşılaşma Mila təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 74-ə yüksəldən "İnter" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Onlar lider "Napoli"dən 3 xal geri qalır. 32 xalı olan "Verona" isə 15-ci yerdədir.
"İnter" - "Verona" 1:0
Qol: Kristian Aslani, 9 (pen)