Usman Dembelenin "Arsenal"la cavab oyununda iştirakı sual altındadır.
Sportal.az xəbər verir ki, "RMC Sport"un məlumatına görə, PSJ-nin vingeri Çempionlar Liqasının ilk matçında sağ bud əzələsindən zədələnib və bu gün ehtiyat tədbiri olaraq ümumi qrupla məşq etməyib.
Gözlənilir ki, Paris klubunun bombardiri 3 mayda keçiriləcək Liqa 1-in "Strasburq"la oyununu buraxacaq. Ancaq 7 mayda "Arsenal"la cavab matçında oynayıb-oynamayacağı hələlik məlum deyil.
Dembele cari mövsüm Çempionlar Liqasında 8 qol vurub. O cümlədən "Arsenal"a qarşı keçirilən ilk görüşdə qələbə qolunun müəllifi olub.
saytlarin hazirlanmasi