"Şəki Siti" - "Kür-Araz" matçında 12 qol - VİDEO

21:49 - 29 Aprel 2025

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 23-cü turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Şəki Siti" doğma meydanda "Kür-Araz"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 8:4 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 18-ə yüksəldən "Şəki Siti" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 32 xalı olan "Kür-Araz" isə 7-ci yerdədir.

"Şəki Siti" - "Kür-Araz" 8:4
Qollar: 
T.Məmmədzadə, 22, 23, 31, 45+1, Ə.Tağızadə, 73, 79, 86, R.Otaraşvili, 90+2 - N.Məmmədov, 29, 40, İ.Hüseynli, 33, M.Vəlizadə, 49
Qırmızı vərəqə: E.Həsənli, 81 ("Kür-Araz")

Xəbər xətti