Çempionlar Liqasının favoriti açıqlandı

22:05 - 28 Aprel 2025

Opta Sports superkompüteri "İnter"in Çempionlar Liqasında qalibiyyət şansını azaldıb.

Sportal.az xəbər verir ki, 1/4 final oyunlarından dərhal sonra yarımfinala çıxan komandaların qələbə ehtimalları belə idi: "Arsenal" – 28,7%, "İnter" – 25,5%, PSJ – 24%, "Barselona" – 21,8%.

İlk yarımfinal qarşılaşmasından bir gün əvvəl bu rəqəmlər belə dəyişib: "Arsenal"a 31,3%, "Barselona"ya 27,4%, PSJ-yə 22%, "İnter"ə isə 19,2% şans verilir.

London təmsilçisi "Arsenal" sabah PSJ ilə qarşılaşacaq, "Barselona" isə 30 apreldə "İnter"ə qarşı oynayacaq.

Xəbər xətti