Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
Sportal.az xəbər verir ki, Bakı İdman Sarayında "Neftçi" "Abşeron"la qarşılaşıb.
Matç "Neftçi"nin 97:93 hesablı qələbəsi ilə yekunlaşıb. Seriyada iki qələbə qazanan komanda adını finala yazdıracaq.
Tərəflər arasında növbəti matç aprelin 29-da baş tutacaq.
Qeyd edək ki, ötən gün yarımfinal mərhələsinin ilk görüşündə "Sabah" "Şəki"yə 86:73 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi