Türkiyənin "Fənərbaxça" klubu ev oyunlarını keçirdiyi Şükrü Saracoğlu stadionunun tamaşaçı tutumunu artırmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, arenanın tutumu 64 160 nəfərə qədər artırılacaq. Bununla bağlı klub videoçarx nümayiş etdirib.
Klub inşaat işlərinə 2026-cı ilin aprel ayında başlamağı düşünür. "Fənərbaxça" stadionun tutumunun artırılması üçün müvafiq qurumlardan icazə aldıqdan sonra fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Şükrü Saracoğlu stadionunun hazırda tamaşaçı tutumu 47 430 nəfərdir.
saytlarin hazirlanmasi