"Traktor"dan növbəti qələbə - çempionluğa doğru

23:10 - 25 Aprel 2025

Futbol üzrə İran çempionatında 22-ci turdan təxirə salınmış matç keçirilib.

Sportal.az xəbər verir ki, bu gün lider "Traktor" səfərdə "Foolad"ın qonağı olub. Qarşılaşma Təbriz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 61-ə yüksəldən "Traktor" liderliyini davam etdirir. 2-ci pillədə olan "Sepahan"ın 56 xalı var.

Qeyd edək ki, İran çempionatında mövsümün bitməsinə 3 tur qalıb.

Xəbər xətti