"Arsenal" onu buraxmaq fikrində deyil

14:49 - 24 Aprel 2025

"Arsenal" əsas üzvlərindən olan Tomas Partini buraxmaq fikrində deyil.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, London təmsilçisi qanalı oyunçuya yeni müqavilə təklif edib. 

Tərəflər arasında 2 illik müqavilə imzalanacağı gözlənilir. Futbolçunun maaşı isə əvvəlkindən iki dəfə çox olacaq. 

31 yaşlı yarımmüdafiəçi özü də "Arsenal"da qalmağa müsbət yanaşır. 

Parti bu mövsüm "Arsenal"ın heyətində Premyer Liqada 31 matçda 4 qol vurub, 2 asist edib.

Xəbər xətti