Mark Bartra “Betis”də qalıb.
Sportal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə müqavilə müddəti artırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Barselona”nın sabiq üzvünə bir neçə klubdan təklif olsa da, “Betis”də qalmağa üstünlük verib.
Bartra 2027-ci il iyunun 30-na qədər “Betis”ə məxsus olacaq. Təcrübəli futbolçu bütün yarışlarda 29 matçda iştirak edib və 3 qol vurub.
saytlarin hazirlanmasi