"Beşiktaş" üçün danimarkalı hücumçu

11:53 - 22 Aprel 2025

Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul klubu "Budo Qlimt"də çıxış edən Kasper Heqi transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Beşiktaş"ın norveçli baş məşqçisi Ule Qunnar Sulşer danimarkalı forvardın xidmətində maraqlıdır. "Qara qartallar" 24 yaşlı hücumçu üçün Norveç klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Kasper Heq bu mövsüm "Budo Qlimt"in heyətində meydana çıxdığı 20 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti