"Real" üçün prioritet transfer: "Mançester Siti"nin futbolçusu

12:22 - 21 Aprel 2025

"Real" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer etməyi komanda üçün ideal variant kimi nəzərdən keçirir.

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispan yarımmüdafiəçinin mövsümün əvvəlində çarpaz bağları qopsa da, bu, "Real"ı narahat etmir.

Həmçinin qeyd edilir ki, İspaniya nəhənginin futbolçusu Daniel Karvaxal dost olduqları üçün Rodrinin seçiminə təsir edə bilər.

"Kral klubu" bu transferi reallaşdıra bilməsə, alternativ olaraq "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Zubimendi ilə danışıqlara start veriləcək.

Xəbər xətti