Su qutusuna və skamyaya təpik atdı - Fati emosiyalarına hakim ola bilmədi

00:49 - 20 Aprel 2025

Ansu Fati “Barselona”nın “Selta” üzərində 4:3 hesablı qələbə qazandığı La Liqanın 32-ci tur matçında növbəti dəfə meydana çıxmadığı üçün emosiyalarına nəzarət edə bilməyib.

Sportal.az xəbər verir ki, 22 yaşlı vinger ikinci hissə boyunca digər komanda yoldaşları ilə birgə kənarda isinmə hərəkətləri etsə də, oyuna daxil olmayacağı bəlli olduqdan sonra narazılığını açıq şəkildə nümayiş etdirib. Belə ki, o, ehtiyat oyunçular skamyasına tərəf gedərkən su qutusuna və skamyaya təpik atıb.

Fati La Liqada sonuncu dəfə 2023-cü ilin noyabrın 10-da oynayıb. 2025-ci ildə isə yalnız iki matçın son dəqiqələrində meydana çıxıb: İspaniya Kubokunda “Barbastro”ya (4:0) və Çempionlar Liqasında “Borussiya”ya (4:0) qarşı oyunlarda.

Bu hadisə futbolçunun "Barselona"dakı vəziyyətinin getdikcə daha da mürəkkəbləşdiyini göstərir və yayda onun gələcəyi ilə bağlı ciddi qərarlar verilə bilər.

Xəbər xətti