"Qəbələ"nin mövsümdə ilk məğlubiyyəti - VİDEO

19:57 - 18 Aprel 2025

Azərbaycan 1-ci Liqasında 22-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, bu gün lider "Qəbələ" səfərdə "İmişli"nin qonağı olub. Qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. "Qırmızı-qaralar" mövsümdə ilk dəfə məğlub olub.

22 turdan sonra 55 xal toplayan "Qəbələ" liderliyini davam etdirir. Xallarını 41-ə yüksəldən "İmişli" isə 2-ci yerdədir.

"İmişli" - "Qəbələ" 1:0
Qol: E.Rəhimzadə, 7 (pen)

Xəbər xətti