"Barselona" bu futbolçunu transfer etmək fikrindən daşındı

00:09 - 18 Aprel 2025

"Barselona" bu yay Niko Uilyamsın transferindən imtina edib.

Sportal.az xəbər verir ki, "Marca"nın məlumatına görə, klubun idman direktoru Deko və baş məşqçi Hans-Diter Flik "Atletik"in vingerini almaqdan vaz keçmək qərarını birgə veriblər.

Hazırda klubun hücum xəttini gücləndirmək planı yoxdur, çünki mövcud heyətin oyunu rəhbərliyi qane edir. Bundan əlavə, maliyyə imkanları da məhduddur və bu cür transfer üçün yetərli büdcə yoxdur.

Cari La Liqa mövsümündə Niko Uilyams 27 matçda 5 qol vurub. İspaniya millisinin üzvü ötən yay da "Barselona"nın transfer hədəflərindən biri idi.

Xəbər xətti