“Real” və Braziliya yığmasının hücumçusu Vinisius Junior komandası üçün bütün yarışlarda 105 qol vuraraq “kral klubu”nun tarixində ən çox qol vuran braziliyalı olub.
Sportal.az xəbər verir ki, Vinisius bununla da aktivində 104 qolu olan Ronaldonu geridə qoyub.
Xatırladaq ki, 24 yaşlı cinah yarımmüdafiəçisi Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la cavab oyununda (1:2) komandasının yeganə qolunu vurub. Madrid təmsilçisi isə ÇL-dəki çıxışını dayandırıb.
saytlarin hazirlanmasi