"Ağır və uzunmüddətli zədə idi, Türkiyədəki iki həftəlik müalicədən sonra məşqlərə başlayacam"

12:55 - 16 Aprel 2025

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına açıqlama verib.

Qərb təmsilçisinin müdafiəçisi zədəli olduğu üçün oyunlardan kənar qalıb.

O, müalicə üçün Türkiyəyə yollanıb. Əliyev, hazırkı durumundan danışıb:

"Aprelin 7-dən Türkiyədəyəm. Əməliyyata yox, müalicə olunmağa gəlmişəm. Müalicənin də müddəti iki həftə olmalıdır. Ondan sonra isə yenidən məşqlərə başlaya biləcəm. Görək də, necə olacaq. Ümidvaram ki, hər şey yaxşı alınacaq. Qış toplanışından sonra, "Kəpəz"lə evdəki matçın ardından "Qarabağ"la oyunöncəsi məşqdə zədələnmişdim. Həqiqətən də ağır və uzunmüddətli zədə idi. Bir müddətdir ki, müalicə olunuram. Türkiyədəki müalicəm yenidən başlayıb. İki həftəlik müalicəm bitdikdən sonra məşqlərə başlayacam".

Xəbər xətti