"Beşiktaş" Premyer Liqa klubunun hücumçusunu transfer etmək istəyir

15:35 - 18 Aprel 2025

Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul klubunun əsas hədəfi "Sauthempton"da çıxış edən Pol Onuaçudur. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Beşiktaş" nigeriyalı forvard üçün İngiltərə klubu ilə danışıqlara başlamağa hazırlaşır. "Sauthempton"un Premyer Liqanı tırk etməsi "Beşiktaş"ın transfer şanslarını artırır.

Qeyd edək ki, Pol Onuaçı daha əvvəl Türkiyədə icarə əsasında "Trabzonspor"un formasını geyinib. 30 yaşlı hücumçu bu mövsüm "Sauthempton"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti