Xorvatiya millisinin sabiq üzvü qəzada həlak oldu

10:11 - 19 Aprel 2025

Xorvatiya milli komandasının sabiq üzvü Nikola Pokrivaç faciəvi şəkildə həlak olub.

Sportal.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə futbolçunun sabiq klubu "Dinamo"nun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Nikola Pokrivaç karyerası ərzində Zaqreb "Dinamo"su ilə yanaşı “Zalsburq”, "Monako", "Riyeka", "Şaxtyor" (Qazaxıstan), "Slaven" kimi klublarda çıxış edib. O, Xorvatiya yığmasında 15 oyun keçirib.

Xəbər xətti