"Barselona"dan əzmkar qələbə - VİDEO

21:44 - 19 Aprel 2025

İspaniya La Liqasında 32-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün lider "Barselona" doğma meydanda "Selta"nı qəbul edib. Qarşılaşma Kataloniya təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 73-ə yüksəldən "Barselona" liderliyini davam etdirir. 43 xalı olan "Selta" isə 8-ci yerdədir.

"Barselona" - "Selta" 4:3
Qollar:
Ferran Torres, 12, Dani Olmo, 64, Lamin Yamal, 68, Rafinya, 90+8 (pen) - Borxa İqlesias, 15, 52, 62

Xəbər xətti