"Bayer" Alonsonun gedişinə hazırlaşır - "Real"a keçməyə çox yaxındır

22:25 - 18 Aprel 2025

Baş məşqçi Xabi Alonsonun əsas müşaviri İnyaki İbanyes "Real" nümayəndələri ilə danışıqlar aparıb.

Sportal.az xəbər verir ki, "Sky Sport"un məlumatına görə, Leverkuzen klubu bu danışıqlara təəccüblənməyib və Alonsonun qərarını gözləyir.

"Bayer" hesab edir ki, ispan mütəxəssisin yeni klubu təyin olunduğu təqdirdə, 15–20 milyon avro həcmində kompensasiya ödəyəcək. Klub artıq Alonsonun mümkün gedişinə hazırlaşır və məşqçi bazarını aktiv şəkildə araşdırır.

Qeyd edək ki, 43 yaşlı mütəxəssisin Almaniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Xəbər xətti