Türkiyənin "Beşiktaş" klubu növbəti mövsümün planlarını qurmağa başlayıb.
Sportal.az xəbər verir ki, Super Liqa klubu heyətdəki bəzi oyunçularla yollarını ayırmağı planlaşdırır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Qara qartallar" Ciro İmmobiledən sonra Joao Mario və Aleks Oksleyd-Çemberleyni də 2025/2026 mövsümü üçün heyətdə düşünmür. "Beşiktaş" bu futbolçularla yollarını ayırıb onların yüksək maaşlarından qurtulmaq istəyir.
Qeyd edək ki, Aleks Oksleyd-Çemberleyn 2023-cü ilin yayından "Beşiktaş"da çıxış edir. Joao Mario isə mövsümün əvvəlində "ağ-qaralar"a qoşulub.
saytlarin hazirlanmasi