Müller İtaliyada oynaya bilər

16:27 - 17 Aprel 2025

Mövsümün sonunda "Bavariya"dan ayırlacağını açıqlayan Tomas Müller karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fiorentina" yayda azad agent statusunda olacaq alman hücumçu ilə maraqlanır. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Florensiya klubu yaxın günlərdə 35 yaşlı forvardla danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Tomas Müller bu mövsüm "Bavariya"nın heyətində meydana çıxdığı 39 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti