"Kəpəz"in portuqaliyalı legioneri Dioqo Verdaska Misli Premyer Liqasında yarışan klubların transfer siyahısında yer alıb.
Sportal.az saytına verilən məlumata görə, 28 yaşlı müdafiəçini heyətinə qatmaq istəyən klublardan biri “Araz-Naxçıvan”dır. Bu klubla yanaşı, Verdaska digər klublarımızın da istədiyi futbolçulardandır.
Yeri gəlmişkən, “Kəpəz” də Verdaskanı yeni sezon üçün heyətdə saxlamaq niyyətindədir. Onun hansı qərar verəcəyi isə mövsüm başa çatdıqdan sonra dəqiqləşəcək.
Dioqo 2024-cü il sentyabrın 18-də Gəncə təmsilçisi ilə müqavilə imzalayıb. O, mövsümün sonuna qədər bu kluba məxsusdur.Əlavə edək ki, portuqaliyalı “Porto” B, “Saraqosa”, “Beytar”, “Şlensk”, “Mirandes” klublarında oynayıb.
saytlarin hazirlanmasi