"Fənərbaxça"nın futbolçusu İrfan Can Kahveci Super Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Trabzonspor" türk vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Fənərbaxça"da əsas heyətdə yerini itirən İrfan Can klubunu dəyişməyə isti yanaşır. "Trabzonspor" 29 yaşlı ön xətt oyunçusu üçün onun klubu ilə danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, "Fənərbaxça" İrfan Can Kahvecini 2021-ci ilin yanvar ayında "Başakşehir"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 37 rısmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin iyun ayına kimidir.
saytlarin hazirlanmasi