"Milan"ın qolkiperi Mayk Menyan "Mançester Yunayted"in maraq dairəsinə düşüb.
Sportal.az xəbər verir ki, "CaughtOffside"ın məlumatına görə, Milan klubu Menyanı saxlamağa üstünlük versə də, futbolçunun yeni müqaviləsi ilə bağlı danışıqlar çıxılmaz vəziyyətə düşdüyü üçün onu münasib qiymətə satmağa hazırdır. Hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Gözlənilir ki, qapıçı təxminən 40 milyon avroya transfer oluna bilər. Üstəlik, Menyanın transferi uğrunda yarışa yayda "Aston Villa" və "Çelsi" də qoşula bilər.
Qeyd edək ki, bu mövsüm Menyan A Seriyasında 31 oyun keçirib, onlardan 11-də qapısını toxunulmaz saxlayıb.
saytlarin hazirlanmasi