"Benfika" PSJ-dən icarəyə götürdüyü Renato Sançesi komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, Portuqaliya klubu futbolçunun transfer hüququna yiələnmək istəyir. Bu barədə "Reacord" məlumat yayıb.
Klublar arasındakı anlaşmada 10 milyon avroluq satınalma bəndi yer alıb. "Benfika" portuqaliyalı yarımmüdafiəçini daha aşağı qiyməti transfer etmək istəyir. PSJ təklifi qəbul etməsə, Lissabon təmsilçisi Portuqaliya millisinin üzvünü daha 1 il icarəyə götürməyə çalışacaq.
Qeyd edək ki, "Benfika" Renato Sançesi mövsümün əvvəlində icarəyə götürüb. 27 yaşlı futbolçu komandanın heyətində 17 rəsmi matçda iştirak edib.
saytlarin hazirlanmasi