"Neftçi"nin 4 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

20:18 - 18 Aprel 2025

"Neftçi" Misli Premyer Liqasının 31-ci turunda qarşılaşacağı “Qarabağ”la matçın hazırlığını yekunlaşdırıb.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Edvin Kuç, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən qarşıdakı görüşü buraxacaqlar.

Qeyd edək ki, aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da başlanacaq.

Xəbər xətti