"Liverpul"un futbolçusu Federiko Kyeza karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" italiyalı vingeri transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
İstanbul klubu "Liverpul"da heyətə düşə bilməyən 27 yaşlı ön xətt oyunçusu üçün onun klubu ilə danışıqlara başlamağa hazırlaşır. Futbolçu ilə "Milan" da maraqlanır.
Qeyd edək ki, "Liverpul" Federiko Kyezanı mövsümün əvvəlində "Yuventus"dan transfer edib. İtaliya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi