De Bruyneyə rəsmi təklif göndərdilər

19:49 - 17 Aprel 2025

Mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayan Kevin De Bruyne ilk rəsmi təklifini alıb.

Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi ABŞ-də çıxış edə bilər. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Çikaqo Fayr" De Bruyneyə rəsmi təkliflə müraciət edib. MLS təmsilçisi növbəti mövsüm üçün iddialı heyət qurmaq istəyir və 33 yaşlı futbolçunu planlarının əsas hissəsi hesab edir. Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Belçika millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 33 rəsmi oyunda 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti