Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" "Lion"la üz-üzə gəlib. İlk görüşdə olduğu kimi 90 dəqiqəsi 2:2 bitən matçda əlavə vaxt oynanılıb. Dramatik keçən əlavə vaxtda "Mançester Yunayted" 5:4 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlməyi bacarıb.
Yarımfinala adını yazdıran daha 3 klub isə "Bodyo-Qlimt", "Atletik" və "Tottenhem" olub.
UEFA Avropa Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.
UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab oyunları
17 aprel
23:00 "Atletik" (İspaniya) - "Reyncers" (Şotlandiya) 1:0 (İlk oyun – 0:0)
Qollar: O.Sançet,45+4(pen)
23:00 "Mançester Yunayted" (İngiltərə) - "Lion" (Fransa) 2:2 (Əlavə vaxt-5:4) (İlk oyun – 2:2)
Qollar: M.Uqarte,10, D.Dalot,45+1, B.Fernandes,114(pen), K.Mainoo,120, H.Maquayr,120+1, - C.Tolisso,71, A.Lakazette,78, 109, R.Çerki,105
Qırmızı vərəqə: C.Tolisso,89 ("Lion")
23:00 "Ayntraxt" (Frankfurt, Almaniya) - "Tottenhem" (İngiltərə) 0:1 (İlk oyun – 1:1)
Qollar: D.Solanke,43(pen)
23:00 "Latsio" (İtaliya) - "Bodyo-Qlimt" (Norveç) 2:0 (Əlavə vaxt:3:1) (Penaltilər seriyası: 2:3) (İlk oyun – 0:2)
Qollar: T.Kastellanos,21, T.Noslin,90+3, B.Dia,100, - A.Helmersen,109
Qırmızı vərəqə: A.Helmersen,120 ("Bodyo-Qlimt")
saytlarin hazirlanmasi