“Atletiko”nun futbolçusu Niko Uilyams "Barselona"ya keçməyəcək.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bundan sonra İspaniya millisinin vingerini transfer etməyə çalışmayacaq. Bu qərarı “Barsa”nın idman direktoru Deko və baş məşqçi Hans-Diter Flik verib.
“Barselona” rəhbərliyi hazırkı heyətin oyunundan razıdır. Üstəlik, kataloniyalıların bu cür transferi həyata keçirmək üçün kifayət qədər vəsaitə malik deyil. Niko Vilyams bu mövsüm İspaniya La Liqasında 27 matça çıxıb və 5 qol vurub.
saytlarin hazirlanmasi