Almaniyanın "Verder" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi kapitan Marko Friedlin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avstriyalı mərkəz müdafiəçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Verder" Marko Friedli 2018-ci ilin yanvar ayında "Bavariya"dan transfer edib. Avstriya millisinin üzvü olan 28 yaşlı futbolçu bu mövsüm "musiqiçilər"in heyətində 28 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi