Mahir Emreli dubl etdi, "Nürnberq" uduzdu

17:22 - 19 Aprel 2025

Bu gün Almaniyada ikinci Bundesliqanın 30-cu mövsümünə start verilib. 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” doğma meydanda “Paderborn”a uduzub (2:3). 

Emreli meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, 2-ci və 90-cı dəqiqələrdə komandasının qollarını vurub. Mahir bu mövsüm 2-ci Bundesliqada 19 oyun keçirib və 6 qol vurub.

Hazırda “Nürnberq” 44 xalla 8-ci yerdədir.
 

Xəbər xətti