"Nyukasl" ispan forvardı transfer edəcək

18:22 - 19 Aprel 2025

“Nyukasl” hücum xəttini gücləndirməyi planlaşdırır.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi “Malaqa”nın forvardı Antonio Kordero ilə yaxından maraqlanır.

“Sağsağanlar” Kordero üçün hansısa məbləğ ödəməyəcək.

Çünki forvardın İspaniya təmsilçisi ilə müqavilə müddəti bu yay başa çatacaq. 18 yaşlı ispanla “Real” və “Barselona” da maraqlanır.

Xəbər xətti