"Napoli"dən səfər qələbəsi - VİDEO

01:03 - 20 Aprel 2025

İtaliya A Seriyasında 33-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, “Napoli” səfərdə "Monza" ilə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Napoli" bu qələbə ilə xallarının sayını 71-ə yüksəldərək lider "İnter"lə olan xal fərqini eyniləşdirib. Milan klubu bu turdakı "Bolonya" ilə matçını hələ keçirməyib.

İtaliya A Seriyası

33-cü tur

"Monza" - "Napoli" 0:1

Qol: S.MkTominay,72

Xəbər xətti