"Beşiktaş"ın futbolçusu Joao Mario karyerasına başqa ölkədə davam edə bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubu portuqaliyalını bu yay heyətinə qatmağı planlaşdırır.
Bu klubun baş məşqçisi Fatih Terim Joaonu sərəncamında görmək istədiyini rəhbərliyə bildirib.
Portuqaliya millisinin üzvü “Beşiktaş”a 2027-ci il iyunun 30-na qədər məxsusdur.
O, “Sportinq”, “İnter”, “Vest Hem”, “Lokomotiv”(Moskva), “Benfika” klublarında oynayıb.