“Bavariya”nın hücumçusu Harri Keyn Almaniya çempionatının 30-cu turunda "Haydenhaym"la matçda Bundesliqada 60-cı qolunu vurub.
Sportal.az xəbər verir ki, ingilis forvard bunu 60-cı oyununda reallaşdırıb.
Keyn görüşün 13-cü dəqiqəsində komandasının qilk qolunu vurub. Daha sonra "Bavariya"nın heyətində Konrad Laimer, Kinqsli Koman və Coşua Kimmix fərqlənib.
31 yaşlı futbolçu 28 görüşündə 24 qol vurub və 8 məhsuldar ötürmə edib. Keyn 2023-cü ildə “Tottenhem”dən “Bavariya"ya keçib.
Əlavə edək ki, Münhen təmsilçisi Bundesliqada turnir cədvəlində birinci pillədədir. Komanda 30 görüşdə 72 xal toplayıb.