"Liverpul" çempionluq yolunda vacib 3 xal qazandı - VİDEO

23:29 - 20 Aprel 2025

İngiltərə Premyer Liqasında 33-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, çempionluq yolunda növbəti matçına çıxan "Liverpul" səfərdə "Lester Siti" ilə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 79-a yüksəldən lider "Liverpul" 2-ci pillədəki "Arsenal"la xal fərqini 13-ə yüksəldib. "Lester Siti"nin isə bu məğlubiyyətlə sona 5 tur qalmış Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.

İngiltərə Premyer Liqası

33-cü tur

"Lester Siti" - "Liverpul" 0:1

Qol: T.Arnold,76

Xəbər xətti