"Real"(Madrid) "Atletik"i məğlub edə bilməsə, Karlo Ançelotti istefaya göndərilə bilər.
Sportal.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
“Kral klubu” La Liqanın 32-ci turunda "Atletik"lə qarşılaşacaq. İspaniya mətbuatının iddiasına görə, rəhbərlik italiyalı mütəxəssislə bağlı qərar qəbul edib.
“Real”ın rəhbərliyi hazırkı nəticələrindən narazıdır. İtaliyalı mütəxəssis istefaya göndəriləcəyi təqdirdə, cari mövsümün sonuna kimi müvəqqəti əvəzedici təyin olunacaq.
Qeyd edək ki, "Real" Çempionlar Liqasında iştirakını dayandırıb. İspaniya La Liqasında isə turnir cədvəlində 2-ci pillədədir.
saytlarin hazirlanmasi