"Roma" özbək forvardla bağlı qərar verdi

14:22 - 20 Aprel 2025

Özbəkistan millisinin forvardı Eldor Şomurodov "Roma"da qalacaq.

Sportal.az xəbər verir ki, klub onun müqavilə müddətini 2027-ci ilə qədər artıracaq.

"Canavarlar" ötən qış futbolçunu satmağa yaxın olsa da, komandanın baş məşqçisi Klaudio Ranyeri Şomurodovun qalmasına qərar verib.

Bu mövsüm hücumçu bütün turnirlərdə 32 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

29 yaşlı hücumçunun “Roma” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
 

Xəbər xətti