Vüsal İsgəndərli son dəqiqələrdə meydana daxil oldu

23:11 - 19 Aprel 2025

Futbol üzrə Türkiyə 1-ci Liqasında 33-cü turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" doğma meydanda "Karagümrük"lə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyuna ehtiyatda başlayan Vüsal 90+5-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Boluspor" bu qələbə ilə 52 xalla 8-ci pillədə yer alıb.

Xəbər xətti